Nadir Qafarzadənin “Yalan”ı üzə çıxdı - VİDEO
Müğənni Nadir Qafarzadə bəstəkar Faiq Sücəddinovun mahnılarından ibarət albom çıxaracaq. 

Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Yaradıcılığına hörmət etdiyim Faiq müəllim məni dəvət etdi öz iş yerinə. Orada mənə təzə və köhnə mahnılar təqdim  etdi. İnşallah Faiq bəyin mahnılarından ibarət albom hazırlayacağıq. Bu həm mənim, həm də Faiq bəyin istəyidir. Bundan başqa bəstəkarın köhnə mahnılarına yeni nəfəs verəcəyəm. Artıq iki mahnı “Daxıxmışam” və “Yalan” adlı mahnını lentə yazdırmışam. “Yalan”ı bu gün təqdim edirəm, düşünürəm ki, mərhum sənətkar İlhamə Quliyevanın ifasından sonra mənim ifamda da bəyəniləcək”.

Qeyd edək ki, “Yalan” adlı bəstənin aranjimanını Rübail Əzimov və Emin Nəbiyevə edib.