Trampa imiclə bağlı məsləhətlərin verildiyi video rekord izləyici topladı
ABŞ-dakı nüfuzlu kişi dərgisi GQ-nün prezident Donald Trampa necə geyinməklə bağlı məsləhətləriniN əks olunduğu video “YouTube”da populyarlıq qazanıb.

İKT.lent.az-ın xəbərinə görə, dərginin rəsmi “YouTube” kanalında yerləşdirilən video 1,2 milyondan çox izlənib.

Videoda D. Trampa dar şalvar geymək, nazik qalstuk taxmaq və saç düzümünü dəyişmək məsləhət görülür.

GQ 1957-ci ildə “Esquire” dərgisinin rüblük əlavəsi kimi dərc olunmağa başlayıb və qısa müddətdə bütün dünyada populyar olub. Hazırda dünyanın 11 ölkəsində nəşr edilir. Dərginin ABŞ-dakı tirajı 825 min nüsxədir, bunlardan 609 mini abunəçidir. Oxucuların 73%-i kişidir. Hazırda ayda bir dəfə buraxılır.