Kamilə Babayeva: “Mən çılğın, səs-küylü xanımam”
Teleaparıcı Kamilə Babayeva aparıcısı olduğu "V element" verilişindən söhbət açıb.

Musavat.com xəbər verir ki, film təqdimatına qatılan aparıcı jurnalistlərin suallarına  cavab verib:

- "V element" verilişində hansısa yenilik gözlənilir?

- Bizim proqramın formatı elədir ki, xüsusi yenilik gözləmək doğru deyil. Hər şey qonaqdan asılıdır. Qonaq nə qədər rəngarəng və hərəkətlidirsə,  proqram da o qədər rəngarəng olur. Bir də ki, aparıcı Fariz özü ilə yeniliklər gətirib. Bir mövsümlük yeniliyimiz var. 

- Proqram 2-ci ildir ki, efirə gedir. Aparıcı dəyişikliyi olsa da, əvvəlki reytinqini qoruyub saxlayır. Proqramın sevilməsinini səbəbi nədir?

-  Hər şey yaxşıdır. Aparıcı dəyişikliyi olsa da, öz ab-havamızı pozmadıq. Həmişəki kimi bir-birimizlə atışırıq. Bəzən yeni aparıcı Farizə söz atırıq. Bilirik ki, söz altda qalan deyil. Potensiyalı var. 

- Keçmiş aparıcı Rüfət Ağayevin yeri görünürmü?

- Farizlə dostlaşırıq. Rüfət isə illərdir ki, yaxın dostumuzduz. Əlbəttə, yeri görünür. Dünya o qədər kiçilib ki, 1 saniyəyə ünsiyyətdə olursan. Rüfətlə əlaqə saxlayırıq.

- Bəs digər aparıcılarla bir-birinizə hansı iradları bildirirsiniz?

- Biz bir-birimizi illərdir tanıyırıq. Ranarın dediyi iradı mən qəbul etmirəm, mənim dediyimi də o, qəbul etmir. Biz o mərhələni keçmişik. Hüsniyyə ilə isə bir-birimizə  irad bildirmirik. Uzağı gecikəndə bir-birimizə sifət edirik. 

- Sosial şəbəkədə heç vaxt qızınızın üzünü göstərmirsiniz. Səbəb nədir?

-  Həm körpədir, həm də mənim elə ixtiyarım yoxdur ki, uşağın üzünü razılığı olmadan göstərim. Kim uşağının üzünü göstərirsə, öz işidir. Normal yanaşıram. Amma mən uşağı göstərməmək  tərəfdarıyam. Nə zaman özü böyüyər, sosial şəbəkədən istifadə edər, fotolarını paylaşar. Bu, onun öz hüququdur, hər şey öz  ixtiyarındadır. 

- Qızınız sizə, yoxsa atasına daha çox bağlıdır?

- Mən evə çox zaman bər-bəzəkli gəlirəm.  Onun üçün mən ya Qar qızam, ya da Bahar qız. Mən evə bəzəkli gələndə onun bayramı gəlir. Ona görə də, hələ mənə bağlıdır. Amma düşünürəm ki, böyüdükcə atasına bağlı olacaq.

- İkici övlad dünyaya gətirməyi düşünürsünüz?

- Yenidən ana olmaq qismətdir. 

- Şou-biznesdə uğurlu nikaha sahib olan tanınmışlar azdır. Sizcə, uğurlu nikahın açarı nədir?

-  Əsas sədaqət və dostluqdur. Mən həyatla, balamla, həyat yoldaşımla dostam. Mən sülhün tərəfdarıyam. Düzdür, indiki zamanda bu kriteriyalar sevilmir. Amma heç vaxt dəyişməyi düşünməmişəm. Sadəlik gözəllikdir. Xasiyyətimə görə bütün qapılar üzümə  açılıb. Mən bumeranqa inanmışam. 

- Tanınmış psixoloqlardan biri deyib ki, hər insan gündə 5 dədiqə axmaqlıq, çılğınlıq etməlidir. Əsl müdriklik həmin vaxt limitini aşmamaqdır. Sonuncu dəfə nə zaman çılğınlıq etmisiniz?

- Əsas odur ki, içindəki uşaq yaşasın. Sən o uşağı yaşada bilirsən və kompleksə düşmürsənsə, deməli doğru addım atırsan. Hər şeyin öz çərçivəsi var. Gərək ondan çıxmayasan. Əgər etdiyin  çılğnlığın içərisində uşaq saflığı varsa, o müddəti 10 dəqiqə də uzada bilərsən. Mən çılğın, səs-küylü xanımam. Bəzən çılğın, bəzən sakit oluram. 
Könül İbrahim

Musavat.com

Fotolar müəllifindir