“Corab toxuyuram, jaket hörürəm” – 101 yaşlı nənə – VİDEO
101 yaşlı Fənar Quluyeva görənləri təəccübləndirib.
“ARB 24”xəbər verir ki, yaşlı qadının bir əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edib.
O, uzunömürlülüyünün sirrini bölüşüb: “25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, jaket hörürəm. Eynəkdən də istifadə etmirəm.
Gənclərə deyirəm ki, çörək yeməsinlər. Çörək adamın ömrünü qısaldır. Az yemək yeyirəm və o, məni saxlayır. Təzyiqim yoxdur”.
F.Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var.