Türkiyədə film kimi əməliyyat – VİDEO
Türkiyənin Van Polis İdarəsi ötən il qaçaqmalçılığa qarşı keçirdiyi əməliyyatlardan birinin görüntüsünü yayıb.
Legion 
 “Qafqazinfo”-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri PKK-nın maliyyə mənbələrindən olan siqaret qaçaqmalçılığına qarşı 2016-cı ildə 395 əməliyyat keçirib. Ümumilikdə dəyəri 77 milyon lirə (39 milyon manat) olan 11 milyon paket siqaret ələ keçirilib.
Əməliyyatlar nəticəsində 51 nəfər həbs edilib.