Ayan uzun fasilədən sonra: “O yerdəyəm” - VİDEO
Müğənni Ayan Babakişiyeva “O yerdəyəm” adlı yeni mahnı oxuyub. 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bəstənin sözləri və musiqi Xanım İsmayılqızına məxsusdur: “Üç illik fasilədən sonra Xanım İsmayılqızı ilə işbirliyimiz oldu. Düşünürəm ki, onunla işlərimiz bundan əvvəl sənətimdə necə dönüş edibsə, indi də elə olacaq. Həm Xanım İsmayılqızının, həm də mənim ürəyim dolu idi. Məlum səbəblərdən o da uzun müddətdir mahnı yazmırdı, yaradıcılığına fasilə vermişdi. Onunla çalışmaq üçün darıxmışdım. Mahnını Bakıya sonuncu səfərim zamanı oxudum. Ötən gün hazır oldu və mənə göndərdilər”.

Uzun müddətdir İstanbulda yaşayan A.Babakişiyeva bəstəyə klip çəkdirəcəyini deyib: “Klip hazırlıqları İstanbulda gedir. Burada öz şirkətim tərəfindən lentə alınacaq. Yeni prodakşın yaratmışam. Hazırda xaricdən avadanlıqlar gətirilir. Bundan sonra yerli müğənnilərimiz Türkiyədə klip çəkdirmək istəyəndə mənə müraciət edəcəklər”.