Şəhidin dəfnində izdiham yaşandı - 500-dən çox avtomobil - VİDEO
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun nəşinin Naxçıvanda dəfni zamanı izdiham yaşanıb. Avtosfer.az xəbər verir ki, dəfn mərasiminin görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyən hər kəs qürur hissi keçirib.
Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Naxçıvan MR ali məclisinin deputatları, Ordubad rayon icra hakimiyyətinin rəhbərliyi və minlərlə rayon sakini iştirak edib. Dəfn mərasimində minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını səsləndirərək Ordubadın igid oğlunun xatirəsinə ehtiramlarını bildiriblər. Dəfn karvanını 500-dən çox avtomobil müşaiyət edib.
Allah rəhmət eləsin!

Avtosfer.az