Ağdamın Evoğlu kəndi... - VİDEO
Ermənistan ordusu ilə təmas xəttindən çox da uzaq olmayan məsafədə torpaq sahəsində işləyən insanlar

Kənardan baxarkən, heç də qorxusu olan, güllə səsindən çəkinən insanlara oxşamırlar. Başları işə elə qarışıb ki, gülləni də, təhlükəni də unutmuş görsənirlər. Sakinlərin dedikləri kimi, bu il soğan əkini daha çox ərazini əhatə edib. Amma bir problem var ki, əkilən məhsulun qiyməti insanları razı salmır. Son bir həftədə yığılan məhsulların satışı üşün yeni satış bazarının olacağını bildirən rəsmilər Rusiya bazarlarına göndərirlər soğanları.
Soğanın bir kisəsini 4-5 manata satırlar sahədə. Bakı ilə müqayisədə çox aşağı qiymət olsa da, buna məcbur qalır kəndli. Daşınma və satışın təşkili problemi kəndlini məhsulunu ucuzuna satmağa vadar edir. bizimyol