Sabiq rusiyalı deputatın qətli kameralara düşdü – VİDEO
Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun Kiyevdə qətlə yetirilməsi müşahidə kamerasına düşüb.
Oxu.Az
 xəbər verir ki, videoyazı “RBK Ukrayna” nəşrinə hüquq-mühafizə orqanları tərəfindən təqdim edilib. 
Martın 23-də Ukrayna DİN bildirmişdi ki, cinayət müşahidə kameraları tərəfindən lentə alınıb. 
“Bu şəhərin mərkəzində insanların çox olduğu yerdir. Yol kəsişməsi bir neçə müşahidə kamerası ilə təchiz olunub”, - DİN-nin mətbuat katibi Artyom Şevçenko deyib.