Müşfiqin heykəli yerinə qoyuldu - VİDEO
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. 

Bu barədə APA-ya Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, büst martın 27-də yerinə qoyulub: "Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan başlayaraq ərazidə abadlıq işlərinə başlanılacaq".