Gülməmmədov iradları cavablandırdı: - "Əgər millət vəkilləri bizdən daha sərt cəza tətbiqini tələb edirlərsə..."
Hesablama Palatası ona verilən mandat və səlahiyyətlər çərçivəsində qanun pozucusunu cəzalandırmaq hüququna malikdir. Ondan artığını edə bilməz”.
Bunu Gununsesi.info-ya  açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə (MM) Hesablama Palatasının son hesabatının müzakirəsi zamanı millət vəkillərinin qanun pozucularına qarşı qurumun daha sərt cəza növü seçməməsi ilə bağlı iradlarına mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Hesablama Palatası yoxlamaların aparılaması zamanı hər hansı qanun pozuntusu aşkar edərkən seçə biləcəyi cəzanı ancaq ona verilən mandat və səlahiyyət çərçivəsində tətbiq edir.
“Elə məhz bu manataq uyğun olaraq Hesablama Palatası 11 milyon manatdan yuxarı vəsaitin büdcəyə qaytarılmasına nail olub və digər cəza növləri seçib. Biz ancaq öz səlahiyyətlərimiz çərçivəsində iş görə bilirik. Əgər millət vəkilləri Hesablama Palatasından daha sərt cəza tətbiqini tələb edirlərsə, o zaman Palataya bu səlahiyyəti versinlər”– deyə, Palata sədri deyib.
V. Gülməmmədov onu da əlavə edib ki, artıq “Hesablama Palatası haqqında” yenin qanun layihəsi MM-dədir və onun müzakirəsi gözlənilir:
“Yeni layihədə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi öz əksini tapıb”.