Azərbaycanlı milyarderin yaxtası birinci oldu – FOTO
Milyarderlər Əlişir Usmanov və Vahid Ələkbərovun yaxtaları ümumdünya “World Superyacht Awards 2017” mükafatçılarının sırasına daxil olub.
Oxu.Az 
virtualaz.org-a istinadən xəbər verir ki, müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib.
Azərbaycanlı iş adamı, Rusiyanın “LUKoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus “Galactica Super Nova” yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub.
“İlin yaxtası” mükafatı isə Əlişir Usmanovun “Dilbər” yaxtasına verilib. “USM Holding”in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. “World Superyacht Awards” mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən
gözəl yaxtadır.
“Yaxtanın daxili gözəlliyi, onun interyerindəki nadir materiallardan istifadə olunaraq hazırlanmış elementlər və eyni zamanda, yaxtanın daxilində mövcud olan 180 kubmetrlik hovuz adamı təəccübləndirməyə bilməz. Bu yaxta ən layiqli qalibdir”, - mükafatın təsisçiləri bildirir.
Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15,917 ton tutumlu “Dilbər” yaxtasının təxmini dəyəri 600 milyon dollardır.