Günay Musayeva eks əri haqda danışdı – VİDEO
ARB TV-nin “Türk şou-maqazin” verilişinin qonağı olan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib.
Model çəkildiyi “Cəsur ürək” serialından danışıb:
“O serial bitdi. “Dönem işi” serialının çəkilişinə başlayacağıq. Eyni prodakşınla işləyəcəyik. Önümüzdəki sezon sultan olaraq qayıdacam. Baş rollardan birini oynayacam”.
Daha sonra model şəxsi həyatından və eks əri Tolqa Kareldən söz açıb:
“Şəxsi həyatımda durğunluqdur. Tolqa haqda heç açıqlama verməmişəm. Ağzımdan çıxmayan sözlər yazıldı. İllər əvvəl danışmağı buraxdım. Öz dostlarım arasında danışmadığım şeyləri, mətbuata da danışmaram. Mətbuatın işi budur, danışırlar. Mən elə şey deməmişəm”.