Melanya İsrailə səfəri zamanı Trampı pərt etdi - VİDEO
ABŞ-ın prezidenti Donald Trampın həyat yoldaşı Melanya Tramp ərini pərt edib.

“Ölkə.Az” xəbər verir ki, Trampın İsrailə səfəri zamanı maraqlı hadisə baş verib. Amerika rəhbərliyi İsrailin baş naziri Benyamin Netanyahunun təşkil etdiyi təntənəli mərasimlə qarşılanıb. Qarşılanma zamanı maraqlı hadisə baş verib.

Belə ki, Donald Tramp qırmızı xalçanın üstü ilə irəliləyərkən həyat yoldaşının əlindən tutmaq istəyib. Melanya Tramp isə Donald Trampın əlini tutmaqdan imtina edib. Tramp bir neçə dəfə əlini uzatsa da, Melanya inadından dönməyib. D.Tramp isə pərt olub və tez qalstukunu düzəldərək, diqqəti yayındırmaq istəyib.

Baş verən hadisə videokameralarda aydın görünüb. Görüntülər qısa vaxt ərzində sosial şəbəkələrdə yayılıb və böyük müzakirə obyektinə çevrilib.

Qeyd edək ki, Melanya Tramp birinci dəfə deyil ki, ABŞ rəhbərini pərt edir. Donald Trampın inaqurasiya mərasimində də Melanya Tramp qəribə davranışları ilə fərqlənirdi. O, tədbirdə olduqca məyus və qəmgin görünürdü. Hər dəfə Donald Tramp ona tərəf baxanda yalandan gülümsünürdü. Bu davranış uzun müddər dünya mətbuatının gündəmində qalmışdı.