Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.

APA-nın verdiyi məlumata görə, bu gün günorta saatlarından Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur.

Yanğın geniş ərazini əhatə edir. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradır.