KİV: Moskvada yaşayış evində bomba aşkar edilib
Moskvanın qərbində yerləşən yaşayış binasının sakinlərini partlayış təhdidinə görə təxliyə ediblər. 
Oxu.Az
 xəbər verir ki, bu barədə TASS xüsusi xidmətlərdə olan mənbəyə istinadən məlumat yayıb. 
Bina Novoperedelkinskaya küçəsi 14, tikili 1 ünvanında yerləşir. Agentliyin həmsöhbəti bildirib ki, binanın mənzillərindən birində istifadəyə hazır vəziyyətdə olan bombanın aşkar edildiyi ehtimal edilir. 
Binanın ətrafındakı ərazi mühasirəyə alınıb. Hadisə yerinə xüsusi xidmət orqanları cəlb edilib.