İnternetdə məşhurlaşan Çinarənin evi – “Sevgi etirafları gəlir” – VİDEO
ARB TV-nin “Evgördü” verilişinin növbəti qonağı, sosial şəbəkələr sayəsində tanınan ifaçı Çinarə Məlikzadə olub.
Maraqlı açıqlamalar verən müğənni, ilk olaraq “O ses Türkiye” müsabiqəsinə qatılmasından bəhs edib:
“Seçimlərin ən axırına düşdüm. Rəfiqələrimin, dost-tanışın israrı ilə getdim. Ən axıra qaldığım üçün münsiflərin hamısının komandası dolur deyə dönmürlər. Mən də üzüldüm, amma Hadisə mənə dönəndə şoka düşdüm. İfam da xoşuma gəlmədi, mən Hadisənin yerinə olsam, dönməzdim”.
Daha sonra o, sosial şəbəkələrdə ona gələn rəylərdən danışıb:

“Sosial şəbəkələrdə geyimlərim çox müzakirə olunur. Papaqları, kepkaları sevirəm. Papağıma çox ilişirlər, küsürəm. Deyirlər ki, bu nə geyimdir, efirə çıxırsan. Açıq-saçıq geyinəndə də söz edirlər, belə geyinəndə də. Hər şeyi söz edirlər. Mənə yaraşanı edirəm. Brend, marka geyimlər mənlik deyil. İnsanın gərək xasiyyəti brend olsun. Sosal şəbəkələrdə sevgi etirafları da edilir”.