Moskvadakı qasırğada ölənlərin sayı 14-ə çatıb
Rusiyanın Moskva şəhəri və Moskva vilayətində baş vermiş qasırğa zamanı ölənlərin sayı 14-ə çatıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

Bildirilir ki, paytaxtda 11 nəfər, vilayətdə isə 3 nəfər ölüb. Xəsarət alanların dəqiq sayı və dəyən maddi zərər dəqiqləşdirilir.

Qeyd edək ki, mayın 29-da səhər Moskvada leysan və qasırğa baş verib. Küləyin gücü saniyədə 16 metr təşkil edib. Hadisə nəticəsində minlərlə ağac yıxılıb, avtomobillər xəsarət alıb, ictimai nəqliyyatın hərəkəti iflic olub. 150-yə yaxın insan hospitala yerləşdirilib. 108 nəfər hələ də xəstəxanalardadır. Onların arasında 22 uşaq da var.