Bakıda 17 yaşlı qız itkin düşdü
Bakıda 17 yaşlı qız itkin düşüb. APA-nın məlumatına görə, hadisə dünən paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ə. İ. Cəfərovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis onun tapılması istiqamətində axtarışlarını davam etdirir.