Süni ətlə təbii əti necə ayırd etmək olar? - VİDEO
Sosial şəbəkələrdə süni ətin hazırlanması ilə bağlı yayılan video rezonans doğurub. Mənşəyi məlum olmayan maddəni su ilə qarışdırıb əvvəlcə süni ət düzəldirlər, sonra isə bunu insanlara satırlar. Bəs görəsən süni ətlə, təbii əti necə ayrıd etmək olar ? Ümumiyyətlə, bu ətdən Azərbaycanda da satılırmı?

Xezerxeber.az  məlumat verir ki, əvvəlcə qabdakı suyun içərisinə qırmızı rəngdə mənşəyi məlum olmayan maddə əlavə edilir.

Bir neçə dəqiqədən sonra yumşaq formada sərtləşməyə başlayır. Bir nəfər də onun üzərinə nə olduğu dəqiq bilinməyən maddələr səpir. Daha sonra maddə burularaq kiçik qaba yerləşdirilir.

Ən sonda isə kəsilərək kolbasa formasına gətirilir. Sosial şəbəkədə yayılan bu görüntülər süni ət məsələsini bir daha gündəmə gətrir.

Qida mühəndisləri deyir ki, süni ət bir neçə yolla hazırlana bilər.

Süni ətdən istifadə uzaq şərq ölkələrində geniş yayılıb. Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, süni ətin hazırlanması zamanı içərisinə qatılan maddələrin tərkibi çox vaxt bilinmədiyi üçün, bu, insan sağlamlığına mənfi təsir göstərə bilər.

Ətin süni olduğunu adi vətəndaşların ayrıd edə bilməsi çox çətindir. Ona görə də ət alarkən bir sıra qaydalara əməl edilməlidir.

Şərq ölkələrində istifadə edilən süni ət ölkəmizə də qaçaqmal yolu ilə gətirilə biləcəyi istisna edilmir.Ona görə də vətəndaşlar ət alarkən görünüşdə və ya yeyərkən dadında qəribə məqam hiss edərlərsə, dövlət qurumlarına məlumat versələr yaxşıdır.

Kənd Təsərrüfatı Naziliyindən isə bildirilib ki, Azərbaycanda hələlik belə fakt qeydə alınmıyıb.