Zaxarova: Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir
“Rusiya üçün Azərbaycan və İranla münasibətlər dəyərlidir”. 
LEGION
 APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir. Bu, münasibətlərə təsir göstərməməlidir. Bu ölkələrlə münasibətlər Rusiya üçün öz-özlüyündə dəyərlidir”, - deyə o vurğulayıb.