Çənəsini dostu sındırdı
Bakının Səbail rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Hacıyev Kənan Vahid oğlu Xanlar küçəsində dostu tərəfindən döyülüb.

Nəticədə onun çənəsi sınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.