Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralılar var - ADLAR
Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub.

Nəticədə "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.