Silahlı Qüvvələrin motoatıcı taborunun təlimi başa çatdı – FOTO
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhra təlimində Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.
Taborun qiymətləndirilməsini çoxmillətli qiymətləndirmə heyəti keçirib və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.