Günay Azərbaycanın danışa bilməyən ilk model oğlanı ilə... - VİDEO
Müğənni Günay İbrahimli “O kimdir ki?” adlı mahnısına klip çəkdirib. 

Lent.az-ın məlumatına görə, musiqisi "DJ Roşka", sözləri Elçin Məhərrəmova məxsus ritmik mahnının klipini Anar Hüseynov ekranlaşdırıb. Ekran işinin çəkilişləri Bakı və Xızıda baş tutub. 

Layihədə Günay fərqli obrazda olub, rəqs edib və şou göstərib. Klipdə Azərbaycanın ilk danışa bilməyən modeli Xaliq Məhəmmədzadə rol alıb.