Bakıda Türkiyə vətəndaşı 5-ci mərtəbədən yıxıldı, sağ qaldı
Bakıda əcnəbi ölkə vətəndaşının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. 

Lent.az xəbər verir ki, iyunun 4-də Türkiyə vətəndaşı Sevinc Keleş Nəsimi rayonu Ceyhun Səlimov küçəsindəki binanın 5-ci mərtəbəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Bildirilir ki, S.Keleş ehtiyatsızlıqdan yıxılıb, araşdırma aparılır.