Məşhur aktyor 80 minlik "oyuncaq" aldı - FOTO
Məşhur türkiyəli aktyor Kıvanc Tatlıtuğ özünə yeni motosiklet alıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor 2013-də qəzaya düşəndən sonra anasına bir daha motosiklet sürməyəcəyi haqqında söz versə də, bu sevdasından imtina edə bilməyib.
33 yaşlı aktyor Türkiyəyə çox az sayda gətirilən Triumph Bonneville Bobber Limited Edition model motosiklet alıb. Yaxınları bu motosikleti Kıvancın yeni "oyuncağı" adlandırır.  Bu "oyuncaq" müğənniyə 80 min türk lirasına başa gəlib.