14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb
Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb.
LEGION  
Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi “Zil” markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan azyaşlı uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.