Sarkisyan prezident kürsüsünü Arutunyana verməyə hazırlaşır
Ermənistan prezidenti Serj Sarkisyan 2018-ci ildə prezident kürsüsünü ER Konstitusiya məhkəməsinin sədri Qaqik Arutunyana vermək variantını nəzərdən keçirir. 
Oxu.Az 
xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır. 
Qəzet sonuncunun 2004 və 2008-ci illərdə Robert Koçaryana və Serj Sarkisyana əvəzsiz xidmətlər göstərdiyini yazıb.
Beləliklə də, gələn il Qaqik Arutunyanın 70 yaşı tamam olacaq və o, Konstitusiya məhkəməsi sədri vəzifəsini tərk etməli olacaq, Serj Sarkisyan ona prezident kürsüsünü təklif edib. 
“Belə görünür ki, Qaqik Arutunyan Milli məclis tərəfindən bu posta problemsiz seçilə biləcək yeganə adamdır”, - nəşr yazır.