Ermənistan hərbçisi pul borcuna görə intihar edib
Ermənistan Silahlı Qüvvələri Sülhməramlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollar borcu olduğuna görə özünü asıb.
Oxu.Az “Report”-a isitnadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. 
Hərbçi qohumlarına ünvanlandığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollar həcmində borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.
Anbarda onun çatışmazlığı olmayıb. Məlumata görə, hərbçi intihara bir neçə gün imiş hazılaşırmış. Onun hərbi hissə ərazisindəki asılmış meyitini orada qulluq edən qardaşı aşkarlayıb.
Qeyd edək ki, bu il iyunun 1-də 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.