Qətər XİN rəhbəri Moskvaya gedir
Qətərin XİN-in rəhbəri Məhəmməd ben Abdel Rəhman Casem əl-Tani RF XİN rəhbəri Sergey Lavrovla görüşmək üçün bu həftə Moskvaya səfər edəcək.
Oxu.Az 
xəbər verir ki, bu barədə RF XİN-ə istinadən RİA Novosti məlumat yayıb.  
“Danışıqlar şənbə günü baş tutacaq”, - agentliyin həmsöhbəti bildirib. 
İyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası Dohanın terrorizm və ekstremist ideologiyanı dəstəklədiyi üçün Qətərlə diplomatik münasibətlərin kəsildiyini elan edib. Bir sıra ölkələr digər, məsələn, dəniz və aviaəlaqənin kəsilməsi, bank əməliyyatlarının dayandırılması, Qətər diplomatlarının ölkədən göndərilməsi kimi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edildiyini elan ediblər.