Glamur Aysel 27 yaşını belə qeyd etdi – FOTOLAR
Ötən gün müğənni Aysel Əlizadənin ad günü olub.
BiG.AZ xəbər verir ki, ifaçı yerli restoranların birində kiçik bir məclis təşkil edib. Gecədə Ayselin ailə üzvləri, dostları, prodüseri Ləman Tağıyeva, stilist Elnur Həsənov və müğənnilər Zamiq Hüseynov, Əhməd Mustafayev iştirak ediblər.
27 yaşlı ifaçının doğum günü tortunda öz maşınının əks olunması da diqqətdən yayınmayıb.