Rusiya terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini uzatdı
Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.
Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.   
Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib.