Brayza: Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır
“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin”.
Legion
  APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. 
O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır:  “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.