Azərbaycanda bayram günü FACİƏ: Bir ailənin 5 üzvü... - VİDEO
Bayram günü yol terroru Balakəndə faciəyə səbəb olub.


BiG.AZ
 xəbər verir ki, hadisə Balakən-Qazma avtomobil yolunda qeydə alınıb.


Rayonun Qazma kənd sakini 76 yaşlı Rəhim Bayramovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə həmkəndlisi 27 yaşlı, Tamerlan Atayevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.




Qəzadan sonra VAZ 2106-nın sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı 70 yaşlı Zərnişan Bayramova, nəvəsi 4 yaşlı Zərnişan Bayramova, gəlini 48 yaşlı Əminə Bayramova və “Mersedes”in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.



Yaralılardan Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Digərlərinin vəziyyəti orta-ağır qiymətləndirilir.



Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.