İmişlidə ev yanıb
İmişlidə yanğın hadisəsi qeydə alınıb.  
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.  
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.