Oğru binanın şaxtasında qaldı – VİDEO
Sumqayıtda maraqlı hadisə baş verib.
“Xəzər xəbər” xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib. Şaxtaya düşən şəxslə olan dialoqdan belə aydın olur ki, həmin şəxs binaya oğurluq məqsədi ilə gəlib. Danışıqlarda onun bir neçə evdən oğurluq etdiyi ilə bağlı iddialar da səslənir. Həmçinin bildirilir ki, həmin şəxs ifşa olunacağını hiss edərək şaxtayla qaçmağa cəhd edib və onun bu istəyi alınmayıb.
Mənzil sahibi Nadir Qiyasov bildirdi ki, o, mənzilinə daxil olarkən içəridə yad birinin olduğunu görüb.