Ata oğlunu toyuq üstündə öldürdü - VİDEO
Türkiyənin Kocaeli bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. Ata toyuq üstündə oğlunu öldürüb. 23 yaşlı Turqay Poladın saxladığı toyuqlar itib. Toyuqları atasının götürdüyündən şübhələnən gənc atası Murad Poladın yanına gələrək məsələni aydınlaşdırmağa çalışıb. Ata ilə oğul arasında mübahisə yaranıb. Turqay atasına bıçaq çəkərək ördəklərini götürmək istəyib. Bu hərəkətdən qəzəblənən ata maşından götürdüyü odlu tüfənglə oğlunu vurub. 23 yaşlı gənc hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma başladılıb. Murad Polad polislər tərəfindən saxlanılıb./publika.az