18 yaşlı oğlan selfi çəkərkən yandı - DƏHŞƏTLİ VİDEO
Türkiyənin Sakarya bölgəsində gənc oğlan selfi çəkmək üçün hərəkətsiz qatarın üzərinə çıxıb. Ehtiyatsızlıq səbəbindən elektrik cərəyanına toxunan gənc gərginlik nəticəsində qatar relslərinə çırpılıb.
Hadisə yerinə gələn yanğından mühafizə xidməti və təcili tibbi yardım briqadası oğlana ilkin yardım göstərdikdən sonra onu Sakarya Təlim və Araşdırma xəstəxanasına aparıblar.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılıb.publika.az