Şok kadrlar: bu videoya 14 milyon dəfə baxıldı - VİDEO
"Məşqdən qayıdanda maşında qəflətən sağ ayağım qıc oldu".


ABŞ-ın Kaliforniya ştatında yaşayan bodibilder Anhel Bermudes Facebook-dakı profilində belə yazıb.



Unikal.org ABC-yə istinadən bildirir ki, o, qıc olmuş ayağında əzələlərin hərəkətinin əks olunduğu videonu Facebook-dakı profilində də paylaşıb.



Əzələlər sanki "Alien" filmindəki yadplanetli məxluqdur və dərini yırtaraq çölə çıxmağa çalışır.



Videoya indiyədk 14 milyon dəfə baxılıb.