Şəhid ailəsi görün, kimdən şikayətçidir - FOTOLAR
"Atam şəhid olanda mənim 6 yaşım olub.Yəni 1992-ci ildə. Əmim bizi yiyəsiz görüb anamı, məni və bacımı evdən qovub, xeyli müddət orda-bura sığınaraq, dəmir yollarının yanından butulka yığaraq anama, bacıma çörək gətirmişəm. Çox acınacaqlı yaşayışımız olub”.


Bu fikirlər Sabinçu rayuon Zabrat qəsəbəsi ev 43A, mənzil 3 ünvanında yaşayan şəhid ailəsi Xəyal Bağırov tərəfindən Vətəninfo.az-a ünvanlanan müraciətdən götürülüb.


Şəhid Rəşid Bağırovun oğlu daha sonra qeyd edir:


"Demək, həmin illərdə Məhərrəm əmim ( əmi demək belə istəmirəm). atamın büstü və bir çox səhidlər üçün Xətai rayonunda ayrılan torpaq sahəsini İcra hakimiyyətindən alıb. Qohumu Keçmiş iqtisad məhkəməsinin işçisi Abbasov Qurbanla əlbir olaraq qeyri-qanuni yolla saxta sənəd düzəltdirib və mənimsəyib və orada kiçik müəssisə açaraq pivəxana qumarxana işlədərək ailəsinə pul aparırmış bizim ac qalan, qovulan vaxtlarımızda. Həmin günlərdə ata həsrətindən , evsizlik və hətta aclıqdan özümüzü öldürmək dərəcəsinə çatmışdıq. Bu anda sağ olsun dövlətimiz, ev çətinliyindən bizi azad etdi və bizə ev verildi. Əmimin gizli işlərinə görə bəzi yerlərə muraciet etdim.Təssüflər olsun ki, əmimin imkanı yaxşı olduğundan hər zaman bəzi məmur və iş adamları mənim söylədiyim həqiqətləri yox, onun yalanlarını alqışladılar. O isə torpağın ata mülkü kimi yarısını satıb oğlunun pis əməllərini ört-basdır edib. Məni ancaq xalq, şəhid ailələri, insanlar dəstəkləyir. Amma əlimizdən heç nə gəlmir. Əmim atamın şəhid adına ayrılmış 300 kvm yerin 120 kv m-ni özəlləşdirib, atamın axan qanından qazanc əldə edib”.


Müraciətdən görünür ki, şəhid Rəşid Bağırovun qardaşı şəhidin ailəsinin hüquqlarından qanunsuz şəkildə istifadə edərək, dövlət orqanlarını aldadaraq, şəhid ailəsinin torpağını sataraq gəlir əldə edib.