Bakıda qız qoca anasını stəkanla döydü
Bakıda qoca qadın qızı tərəfindən döyülüb.
Hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib.
Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.report