Adamyeyənlər həbs olundu - Polis dəhşət içərisində
Cənubi Afrikada 4 adamyeyən şəxs saxlanılıb.
Adamyeyənlər özləri özlərini ifşa ediblər.
Onlardan biri polisə gələrək adam əti yeməkdən bezdiyini deyib. Polis etirafla bağlı sorğu-sual edən zaman adamyeyən özü ilə gətirdiyi bir insan ayağı və əlini onlara təqdim edib. Polis hadisədən dəhşətə gəlib. Daha sonra polis adamyeyəni evinə qədər müşayiət edib. Evdə çoxlu sayda parçalanmış şəkildə insan meyitləri aşkarlanıb. Evdə olan digər 3 nəfər də saxlanılıb. Polis qeyd edir ki, istintaq adamyeyənlərin daha böyük sindikatın üzvü olmasından şübhələnir. Saxlanılan şəxslər 22-32 yaş arasında "insan”lardır. Faktla bağlı araşdırma aparılır.
Kannibalizm öz nəslindən olanı yemək deməkdir və yırtıcılara xas olan əlamətdir. Təqribən 5 milyon il bundan əvvəl Cənubi Afrikada yaşamış avstralopiteklər kannibal olmuşlar. Sonrakı dövrlərdə onları əvəz etmiş neandertallar da kannibal idilər. Onlar öz nəsillərinin qocalmış, xəstə nümayəndələrini yeyirdilər./AzNews.az