"Whatsapp"dan gözlənilən yenilik
"Whatsapp" statusları rəngli görünməyə başlayır.
İstifadəçilər artıq yerləşdirdikləri statuslarda nəinki fona rəng verə biləcək, hətta yazı şriftini dəyişə və statusda link yerləşdirə biləcəklər. Hələ ki, yeniləmə məhdud sayda telefonlarda tətbiq olunsa da, yaxında ümumi istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində bu yenilik 2016-cı ildən tətbiq olunmağa başlanılıb. Hər kəs tərəfindən istifadəsinə isə 2017-ci il mart ayından etibarən icazə verilib. Baxmayaraq ki, yenilik istifadəçilərin hamsı tərəfindən müsbət qiymətləndirilməmişdi. xezerxeber.az