"Qarabağ" qalib gəlsə, ərə gedəcəm- Teleaparıcıdan cəsarətli FOTOLAR
Tanınmış teleaparıcı Mələk Heydərova "Qarabağ" futbol klubuna dəstək məqsədilə fotosessiya etdirib.

AZXEBER.COM-un layihəsi çərçivəsində fotoqraf Nurlan Gülməmmədovun obyektivi qarşısına keçən teleaparıcı deyib: "Bu gün "Qarabağ" "Kopenhagen"lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, "Qarabağ" qalib gəlsə də, gəlməsə də bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb".
 

Mələk Heydərova həmçinin sosial şəbəkələrdə günün trendi olan "Qarabağ qalib gəlsə, nə edəcəksiz?" sualına da cavab verib: "Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma ilk gələn ilk fikir bu oldu: "Qarabağ" bu gün qalib gəlsə ərə gedəcəm (gülür)"
 

Teleaparıcı həmçinin deyib ki, yaxın zamanlarda yeni serialda rol alacaq, eyni zamanda televiziya verilişi ilə tamaşaçıların görüşünə gələcək. 
 

Mələk Heydərovanın "Qarabağ"a dəstək fotosessiyasını təqdim edirik: