"Atamın dostları məni zorladılar" - 13 yaşlı qız
 
Hindistanda 13 yaşlı qızın valideynlərir aborta icazə almaq üçün Mumbay Şəhər Məhkəməsinə müraciət ediblər.

Olay Pəncab ştatının şimalındakı Çandiqarh şəhərində yaşanıb.

Hamiləliyin 32-ci həftəsində xəstəxanaya aparılan qızı müayinə edən həkimlər doğuşun qaçılmaz olduğunu deyiblər. Lakin valideynlər qızın aborta məruz qalmasını istəyiblər və məhkəməyə üz tutublar.

Mumbay Şəhər Məhkəməsi müraciətə baxandan sonra aborta icazə verməyib.

13 yaşlı qız övladını hospitalda dünyaya gətirib.

Qızın dediyinə görə, onu həbsdə olan atasının dostları zorlayıblar.

"Qızımız qarnındakı ağrılardan şikayətlənirdi. Qarnı da şişirdi. Onun qarnında köp olduğunu düşündük və hospitala apardıq. Orada qızın hamilə qaldığı bilindi", - təcavüzə məruz qalmış qızın valideynləri söyləyiblər.

Çandiqarh şəhərindəki hospitalın ginekoloqu Nihil Datarın dediyinə görə, müayinə zamanı qızın hamiləliyin 32-ci həftəsində olduğu aşkarlanıb: "Dərhal polisə məlumat verdik. Abort üçün çox gec olsa da, başqa yolumuz yoxdu. Doğuş 13 yaşlı qızı şikəst edə bilərdi. Bu yaşda ana olması isə ona ağır fiziki və psixoloji travmalar vura bilərdi. Lakin məhkəmə aborta icazə vermədi, doğuşu gerçəkləşdirdik".

Ötən ay Hindistanın Haryana ştatında 10 yaşlı qız abort olunmuşdu. Bu qızı ögey atası zorlamışdı.Milli.Az