Avtobus dayanacağı qadının üstünə aşdı
Axşam saatlarında dayanacaqda avtobus gözləyən qadın ağılagəlməz olayla üzləşib.

Hadisə İsrailin Qivat-Şmuel şəhərinin Derx Bar-İlan küçəsində baş verib.

Yerli mətbuatın yazdığına görə, dayanacağın dağıntıları altında qalan qadın orta ağır dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun başında və ətraflarında zədələr aşkarlanıb.

Dayanacağın sürətlə gələn avtomobilin yoldan çıxaraq ona dəyməsi nəticəsində uçduğu bildirilir.Moderator.az

LEGİON.AZ