Tələbə qıza 1 milyon dollar təqaüd verildi: Tez bazara qaçdı
Siz heç 1 milyon dollar tələbə təqaüdü barədə eşitmisiniz? Yəqin ki, yox. Afrikalı tələbə isə bu barədə nəinki eşidib, hətta o qədər təqaüd alıb. 
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Cənubi Afrika Respublikasında universitetlərdən birinin tələbəsinə səhvən 1 milyon dollardan çox təqaüd ödənilib. 
Qız bu məbləği görəndə özünü itirməyib və dərhal onu xərcləməyə gedib. Bank etdiyi səhvi anlaya qədər tələbə qız artıq pulun xeyli hissəsini bahalı geyim, telefon və restoranlara xərcləyib. 
Ayda 107 dollar təqaüd alan tələbəyə vəsait əsasən yemək xərci kimi verilib. Ancaq bankın sistemindəki yanlışlıq ucbatından iyun ayında tələbənin hesabına 1 milyon dollardan çox vəsait köçürülüb. 
İndi qız xərclədiyi 60 min dolları da geri qaytarmalıdır, ancaq onun buna pulu yoxdur.

LEGİON.AZ