Yağ bahalaşdı- VİDEO
Yağın qiyməti bahalaşıb.
Xezerxeber.az bildirir ki, 1 həftə əvvəl 10 manata satılan yağ indi 14 manatadır.
Alıcıların sözlərinə görə, bahalaşma son günlər xüsusilə ciddi şəkildə hiss olunur. İstənilən yağ çeşidində 1-4 manat bahalaşma var.
Satıcılar da qiymət artımını təsdiqləyirlər. Deyirlər ki, qiymət artandan sonra əksər insanlar ucuz yaz almağa çalışır. Ucuz yağlar isə tərkibinə görə bahalı olanlardan zəifdir.
Amma nehrə yağının qiymətində dəyişiklik müşahidə olunmur. Bu yağların kilosu 8-10 manat arasında dəyişir. 

LEGİON.AZ