Almaniyada bomba təhlükəsi - 65 min nəfər təxliyyə edildi
Almaniyanın Frankfurt şəhərində İkinci Dünya müharibəsi zamanından qalmış bombanın zərərsizləşdirilməsi əməlliyyatı çərçivəsində 65 min adam təxliyyə edilib. 
Cebhe.info xəbər verir ki, alman mətbuatı vəziyyəti müharibədən sonrakı Almaniya tarixində ən böyük təxliyyə  əməliyyatı kimi qiymətləndirib. 
Polis bölgədəki bütün evlərin boşaldıldığından əmin olmaq üçün istilik kameralı helikopterlərdən istifadə edib. Westend bölgəsində sahə xəstəxanaları, qocalar evi və Almaniya Federal Qoruğunun binaları boşaldılıb.
Ümumiyyətlə, Almaniyada yüz minlərlə bombanın olduğu bildirilir. Onların hər an partlama təhlükəsi var.

LEGİON.AZ